Çingiz Əsgərov: "Gələcəkdə Azərbaycanda sığınacaq axtaranların sayı artacaq"

Çingiz Əsgərov

© APA | Çingiz Əsgərov

# 18 yanvar 2022 11:04 (UTC +04:00)

“Azərbaycanda digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində aparılan islahatlar da uğurlu nəticələrə gətirib çıxarıb”.

APA-nın məlumatına görə, bunu Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Qaçqınların Beynəlxalq Himayəsi və Avropa İnsan Hüquqları Məhkəməsinin qaçqınlar, sığınacaq axtaranlar və vətəndaşlığı olmayan şəxslərlə bağlı qərarlar toplusunun nəşri ilə bağlı tədbirdə deyib. O bildirib ki, ötən il Azərbaycanda inzibati məhkəmələrin yaradılmasının 10 ili tamam olub: “Bu məhkəmələrin yaradılmasının çox düzgün addım olduğu sübut olunub. Bütün sahələrdə aparılan islahatlar Azərbaycanın iqtisadiyyatını gücləndirib. Vətən Müharibəsində qazanılan qələbə isə nüfuzumuzu daha da artırıb. Digər ölkələrin vətəndaşları, o cümlədən sığınacaq axtaran şəxslər Azərbaycanda yaşamaq istəyəcəklər. Gələcəkdə Azərbaycanda sığınacaq axtaranların sayı artacaq. Ona görə də dövlət orqanları buna hazır olmalıdır".

Çingiz Əsgərov onu da deyib ki, Azərbaycan həmişə beynəlxalq öhdəliklərini yerinə yetirib və bundan sonra da yerinə yetirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR