TRT “Bilinməyən tarix: Nargin adası əsarəti” filminin ikinci bölümünün çəkilişlərinə başlayır

TRT “Bilinməyən tarix: Nargin adası əsarəti” filminin ikinci bölümünün çəkilişlərinə başlayır
# 22 fevral 2016 13:10 (UTC +04:00)

Bakı - APA. TRT “Bilinməyən tarix: Nargin adası əsarəti” filminin çəkilişlərini davam etdirəcək.

TRT-nin Bakı təmsilçiliyindən APA-ya verilən məlumata görə, sənədli filmin ikinci bölümünün çəkilişlərinə sabahdan başlanılacaq.

Sənədli filmin çəkilişləri Bakı, Nargin adası və Gəncədə aparılacaq. TRT-nin Bakı təmsilçiliyinin rəhbəri Yıldıray Arslanın bildirdiyinə görə, çəkilişlər fevralın 29-dək davam edəcək.

Xatırladaq ki, çəkiliş qrupu keçən ilin iyul ayında Azərbaycana ilk səfərini reallaşdırıb. Film I Dünya müharibəsində rus ordusu tərəfindən əsir götürülən, Nargin adasında saxlanılan Osmanlı əsgərlərindən və bu əsirlərə kömək əlini uzadan azərbaycanlılardan bəhs edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR