Şəmkir. Azər Məmmədli - APA. Şəmkir rayonunda zəhərlənmə faktı baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Düyərli kənd sakini, 1991-ci il təvəllüdlü Cəlilova Gülnarə Zöhrab qızı kəskin sirkə turşusu zəhərlənmə əlamətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Onun sirkə turşusu içərək zəhərləndiyi bildirilir.