Neftçala. Əlibəy Zeynallı - APA. Neftçala rayonunda özünü yandıran orta məktəb direktorunun müavini Alik Novruzov xəstəxanada dünyasını dəyişib.
Bu barədə APA-nın Mil-Muğan bürosuna Neftçala Mərkəzi Rayon Xəstəxanasından məlumat verilib.
Xəstəxanadan bildirilib ki, A. Novruzov ağır yanıq xəsarətləri aldığından həkimlər onu xilas edə bilməyiblər.
***
saat 12.54
Bakı. Hafiz Heydərov - APA. Neftçala sakini özünü yandırıb.
Neftçala şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Neftçala şəhər 4 saylı orta məktəbdə qeydə alınıb.
Məktəbin təsərrüfat işləri üzrə direktor müavini, 1952-ci il təvəllüdlü Alik Mustafa oğlu Novruzov məktəbin qazanxanasında özünə od vurub. Məktəbin kollektivinin səyi nəticəsində alov söndürülüb və o dərhal xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.
Polisdən həmçinin bildirilib ki, A. Novruzovun külli miqdarda borcu var. O buna görə özünə qəsd edib.
Faktla bağlı Neftçala Şəhər Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.