DİN: Şamaxıda baxımsız qalan beş azyaşlı şəraitli  ünvanda yerləşdiriləcək

Şamaxıda baxımsız qalan azyaşlılar

© APA | Şamaxıda baxımsız qalan azyaşlılar

# 16 yanvar 2022 13:49 (UTC +04:00)

Şamaxıda baxımsız qalan uşaqlarla bağlı fakt nəzarətə götürülüb.

APA-nın məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, yayılan videogörüntülərlə əlaqədar Şamaxı Rayon İcra Hakimiyyəti, Polis Şöbəsi, eləcə də digər aidiyyəti qurumların əməkdaşları hazırda Şamaxı rayonu İkinci Çaylı kəndində uşaqların baxımsız vəziyyətdə yaşadıqları həmin ünvandadırlar.

Qeyd edilib ki, ilkin olaraq orada yaşayan beş azyaşlı rayon ərazisində başqa bir şəraitli ünvanda yerləşdiriləcək və daha sonra onlarla bağlı müvafiq qərar qəbul ediləcək.

Məlumatda o da bildirilir ki, azyaşlıların anasının koronavirus insfeksiyasına yoluxduğu üçün xəstəxanada müalicə alması ilə bağlı səsləndirilən fikirlər həqiqəti əks etdirmir: "Yəni o, COVID-19 virusuna yoluxmayıb. Məsələ ilə əlaqədar qadınla telefon əlaqəsi saxlanılıb və o, gələcəyini bildirib".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR