Direktor: "Xəstəxanalarda 20-dən artıq keyfiyyət standartının tətbiqinə başlanılıb"

Könül Ələkbərov

© APA | Könül Ələkbərov

# 17 dekabr 2021 14:48 (UTC +04:00)

“Təcili yardım şöbələrində müdaxilə otaqları yaradılıb. Gələcəkdə stasionar yükündən asılı olaraq təcili tibbi yardım şöbələrinin ərazisi müəyyənləşməlidir”.

APA-nın məlumatına görə, bunu Kliniki Tibbi Mərkəzin direktoru Könül Əkbərov bildirib.

O qeyd edib ki, icbari tibbi sığortanın tətbiqi zamanı bəzi xəstəxanaların quruluşu buna imkan vermir: “Amma gələcəkdə müşahidə çarpayılarının ümumi çarpayı fonduna görə müəyyənləşməsi, standartları olacaq. Keçən ildən TƏBİB-in departamenti xəstəxanalarda keyfiyyət standartlarının yaradılması üçün fəaliyyət göstərir. İlk ildə 20-dən artıq keyfiyyət standartının tətbiq olunmasına başlanılıb. Artıq xəstənin qeydiyyatından tutmuş avadanlıqlar, sterilizasiya və s. nəzarət etmək mümkündür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR