Dönərdən zəhərlənən 20 məktəbli evə buraxılıb - YENİLƏNİB

Dönərdən zəhərlənən 20 məktəbli evə buraxılıb  - YENİLƏNİB
# 26 oktyabr 2023 16:20 (UTC +04:00)

Son məlumata əsasən, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına ümumilikdə 24 müraciət daxil olub.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 20 uşaq ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edilib ki, hazırda 4 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.

***

11:25

Son məlumata əsasən, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına ümumilikdə 24 müraciət daxil olub.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Qeyd edilib ki, 8 uşaq (3-ü ailəsinin intizamnaməsi ilə) ambulator müalicə üçün evə buraxılıb:

"Hazırda 16 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir".

Xatırladaq ki, oktyabrın 24-də müxtəlif vaxtlarda Binə qəsəbəsində uşaqların zəhərlənməsi səbəbilə TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qəsəbədəki 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdən, eləcə də müxtəlif yaşayış ünvanlarından çağırışlar daxil olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR