DSMF: Pensiyalarda 10,8 faizlik indeksləşdirmə gözlənilir

DSMF: Pensiyalarda 10,8 faizlik indeksləşdirmə gözlənilir
# 10 yanvar 2024 11:49 (UTC +04:00)

2023-cü ilin orta aylıq əmək haqqı artımına uyğun olaraq pensiyalarda 10,8 faizlik indeksləşdirmə gözlənilir.

APA xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Hheyətinin sədri Himalay Məmişov 2023-cü ildə görülmüş işlərə dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, indeksləşmə yanvarın 1-dən hesablanacaq və artım fevral ayının pensiyasında vətəndaşlara veriləcək:

"Mütəmadi olaraq pensiyalar artırılır. Dövlət başçısının tapşırığında bu istiqamətdə mesaj var".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR