“Rusiya-Azərbaycan regionlararası forumu əməkdaşlığın yeni yollarını tapmaq üçün geniş imkanlar yaradır”.
APA-nın məlumatına görə, bu sözləri Bakıda keçirilən 7-ci Rusiya-Azərbaycan regionlararası forumunda Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib. O, forum iştirakçılarının sayının get-gedə artdığını bildirib: “Görürəm ki, regionlararası forum maraq qorunur. Qlobal iqtisadi böhran fonunda bu gün ölkələr öz büdcələrinə yenidən baxırlar. Bu kimi forumlar mövcud imkanların təkmilləşdirilməsi üçün yeni yollar formalaşdırır”.