Ekofəal Məryəm Daneş: Ermənistanın Amulsar qızıl mədəni region üçün ciddi ekoloji risklər yaradır

Ekofəal Məryəm Daneş: Ermənistanın Amulsar qızıl mədəni region üçün ciddi ekoloji risklər yaradır
# 31 yanvar 2024 16:24 (UTC +04:00)

Ermənistanın Amulsar qızıl mədənindəki qanunsuz mədən fəaliyyətləri bütün Cənubi Qafqaz regionu üçün ciddi ekoloji risklər yaradır.

APA xəbər verir ki, Vaşinqton və Li Universitetinin əməkdaşı, amerikalı ekofəal Məryəm Daneş deyib.

O, Ermənistanın dağ-mədən sənayesinin içməli su ehtiyatlarını kimyəvi və radioaktiv maddələrlə çirkləndirdiyini, bölgə əhalisinin sağlamlığına təhdid törətdiyini vurğulayıb.

“Amulsar mədən fəaliyyəti ekosistemə nəzərəçarpan radioaktiv və zəhərli maddələrlə çirklənmə riski törədir. Amulsar qızıl mədəni sənayesindəki qanunsuz fəaliyyətlərin Cənubi Qafqazdakı su mənbələri, təbii bulaqlar, çaylar və göllər üzərində çox pis təsirləri var və regionda yaşayan insanlar üçün çox zərərli təsirləri var. Bizim hamilələri zəhərli və radiokativ maddələrdən qorumağımız çox vacibdir”, - Məryəm Daneş qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR