Elşən Əsədov: “Pandemiya dövründə bəzi şirkətlərin işlərini dayandırması geniş yayılıb”

Elşən Əsədov: “Pandemiya dövründə bəzi şirkətlərin işlərini dayandırması geniş yayılıb”
# 17 sentyabr 2021 12:01 (UTC +04:00)

“Əmək bazarına təsir edən son hadisə pandemiyadır”.

APA-nın məlumatına görə, bunu Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elşən Əsədov “Sosial saat”da deyib.

Onun sözlərinə görə, bir çox sahələrdə təsirlər mütxəlif rəqəmlərlə ölçülür: “Əlbəttə ki, 50 faizdən 70 faizə qədər təsirlər mövcuddur. Amma ümumilikdə dünya iqtisadiyyatı bu məsələn ciddi zərbə alıb. Eyni zamanda, əmək bazarında yeni çağırışlar oldu. Birinci olaraq rəqəmsallaşma və texnologiyanın gətirdiyi imkanlar oldu. Həmçinin yeni biznes ideyaları, yeni növ bilik və bacarıqların formalaşmasını sürətləndirdi. Bir çox bizneslərin pandemiya şəraitində gəlirlərinin artdığını müşahidə edirik. Yəni, müəyyən məhdudiyyəti fürsətə çevirən sektorlar artıq özünün gəlirlərini artırmağa başladı. Bu, xüsusilə, karqo işlərində böyük rol oynayır”.

E. Əsədov bildirib ki, pandemiya dövründə bəzi şirkətlərin öz fəaliyyətini optimallaşdıra bilməməsi, işlərini dayandırması geniş yayılıb: “Bu, müxtəlif ölkələrdə müxtəlif cür qiymətləndirilir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR