Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatının işçilərinin sayı artırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatının işçilərinin sayı artırılıb
# 26 avqust 2019 19:13 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatının işçilərinin sayı artırılıb.

APA-nın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmanın 7-ci hissəsinə edilən dəyişikliklə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatının işçilərinin say həddi 289 ştat vahidindən 309-a qaldırılıb.

Digər dəyişikliklə isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarının işçilərinin say həddi 4536 ştat vahidindən 4366-ya endirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR