Ötən il Azərbaycan Gürcüstana neft və qaz məhsullarının ixracını 9% artırıb

Ötən il Azərbaycan Gürcüstana neft və qaz məhsullarının ixracını 9% artırıb
# 21 yanvar 2016 07:03 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ötən ilin yanvar-dekabr aylarında Gürcüstan Azərbaycandan 314 302,4 min dollar dəyərində 1 506 440,4 kubmetr yanacaq qazı və digər qazlar idxal edib.

Bu barədə “APA-Economics” Gürcüstan Milli Statistika Xidmətinə istinadən məlumat verib.

Bu, daha əvvəlki illə müqayisədə 9,22% çoxdur. 2014-cü illə müqayisədə Gürcüstandan ixrac olunan yanacaq qazının həcmi dəyər baxımından isə 9,38% artıb.

Ötən il ərzində Gürcüstan Azərbaycandan 137 528,8 min dollar dəyərində 280 981,4 ton yanacaq və yanacaq yağları idxal edib. Bu, daha əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,73% azdır.

2014-cü ilin yanvar-dekabr ayları ilə müqayisədə isə Gürcüstandan ixrac olunan yanacaq və yanacaq yağlarının həcmi dəyər baxımından 42,90% azdır.

Qeyd edək ki, Azərbaycandan Gürcüstana ixrac olunan məhsulların 57,89%-i yanacaq qazı və digər qazlar, 25,33%-i isə yanacaq və yanacaq yağlarının payına düşür.

Xatırladaq ki, ötən ilin yanvar-dekabr aylarında Azərbaycandan Gürcüstana 542 894,7 min dollar dəyərində məhsul ixrac edilib. Bu, ötən ilin eyni dövrü müqayisədə 14,85% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR