Erməni əsilli şəxslərin BQXK-nın vasitəçiliyi ilə “Laçın” buraxılış məntəqəsindən sərbəst keçidi təmin olunub - FOTO - VİDEO

Erməni əsilli şəxslərin BQXK-nın vasitəçiliyi ilə “Laçın” buraxılış məntəqəsindən sərbəst keçidi təmin olunub - FOTO  - VİDEO
# 28 avqust 2023 10:05 (UTC +04:00)

Erməni əsilli şəxslərin BQXK-nın vasitəçiliyi ilə “Laçın” sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi növbəti dəfə təmin olunub.

APA-nın Qarabağ müxbiri xəbər verir ki, bu gün bir qrup erməni əsilli şəxs Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərdə Xankəndidən gələrək, "Laçın" sərhəd-buraxılış məntəqəsindən Ermənistanın Gorus rayonu istiqamətinə maneəsiz keçib.

Erməni əsilli 30 nəfərin Azərbaycandan Ermənistana keçməsinə şərait yaradılıb. Onlardan 9-nun səhhətində problemlər var.

Emin Babayev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR