ETN: İnfrastrukturla kifayətlənmək olmaz, tədrisin təşkili də səmərəli keçirilməlidir

ETN: İnfrastrukturla kifayətlənmək olmaz, tədrisin təşkili də səmərəli keçirilməlidir
# 18 dekabr 2023 10:31 (UTC +04:00)

"Hazırda 200-ə yaxın məktəbdə peşə təmayüllü sinif fəaliyyət göstərir, bu rəqəmin məktəblərin 15 faizini əhatə etməsi planlaşdırılıb".

APA xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli peşə təmayüllü siniflərin hesabat tədbirində deyib.

O bildirib ki, bu istiqamətdə qarşıda kifayət qədər ambisiyalı hədəflər də var:

"Son 20 ildə dövlət vəsaiti hesabına, eyni zamanda Heydər Əliyev Fondu tərəfindən 4 minə yaxın məktəb ya təmir olunub, ya da tikilib. Biz başa düşürük ki, təkcə infrastrukturla kifayətlənmək olmaz. Həmçinin tədrisin təşkili də səmərəli qaydada həyata keçirilməlidir. Bu sahədə ixtisaslı müəllimlərin hazırlanması istiqamətində iş aparılır. Düşünürük ki, bu siniflərdən məzun olacaq şagirdlərimiz əmək bazarına daha hazırlıqlı olacaq. Peşə yönümlü siniflər şagirdlərin erkən yaşda maraqlarının müəyyənləşdirilməsi üçün olduqca önəmlidir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR