ETSN: "Su hövzələrində qanunsuzluqların qarşısının qısa müddətdə alınması mümkün deyil"

ETSN: "Su hövzələrində qanunsuzluqların qarşısının qısa müddətdə alınması mümkün deyil"
# 11 oktyabr 2019 16:28 (UTC +04:00)

"Sənaye balıq ovu kvotalarının alınması bu ildən etibarən "Asan xidmət"ə keçib".

APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) keçirilən dəyirmi masada ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.

Departament direktorunun sözlərinə görə, artıq məmurla vətəndaşın birbaşa ünsiyyəti yoxdur, "Asan xidmət"ə müraciət olunur və balıq ovu kvotaları oradan əldə edilir: "Bu da öz növbəsində şəffaflığa və çevik yolla kvotaların əldə olunmasıına təminat yaradır. Həvəskar balıq ovçuları üçün müxtəlif hövzələrdə yerlər ayrılıb, eyni zamanda, milli park ərazilərində imkanlar yaradılıb".

H.Əlizadə son dövlər sosial şəbəkələrdə balıq ovu sahəsində özbaşınalıqların aidiyyəti qurumlar tərəfindən qarşısının alınmaması ilə bağlı ciddi ittihamlar səsləndirildiyini bildirib: "Bu sahədə ciddi problemlər var. Əlbəttə ki, brakonyerlik bütün dövrlərdə olan və bu gün də, hətta ən inkişaf etmiş ölkələrdə belə qeydə alınan haldır. Bu gün dünyada qeyri-qanuni dəniz məhsullarının dövriyyəsi 25 milyarda qədər qiymətləndirilir və ümumi tutulan balıq məhsullarının təxminən 2/5 qədəri brakonyerliyin payına düşür".

Direktor Su Nəqliyyatında Polis İdarəsi tərəfindən çoxlu sayda işlər aparılırdığını da vurğulayıb: "ETSN də öz səlahiyyətləri daxilində onlarla birgə istər monitorinqlərin, təbliğat işlərinin aparılması, istərsə də tövsiyələrin verilməsi ilə bağlı xeyli işlər görür. Lakin paralel olaraq təbii ki, müxtəlif su hövzələrində olan bu cür qanunsuzluqların qarşısının eyni vaxtda, qısa müddətdə alınması mümkün deyil. Bu məsələni qaldıran şəxslər özləri bu sahəyə kömək etməlidir. Sadəcə olaraq mücərrəd məlumatların verilməsi, mücərrəd ittihamların səslənməsi düz deyil, konkret ünvanlı məlumat olmalıdır. Əgər məsələni qaldıran şəxsin təbiət üçün həqiqətən ürəyi yanırsa, konkret ad çəksin, ilk növbədə özü onun qarşısını almağa cəhd etsin. Çox təəssüf ki, bugünkü ittihamların əksəriyyəti mücərrəd səslənir, bu sahədə insanlar yalnız aidiyyəti oldu-olmadı, dövlət qurumlarını ittiham etməyə çalışır və birbaşa özlərinin üzərinə düşən vəzifəni görmürlər. Bir daha bildiririk ki, bu məsələlər əksər hallarda cinayət əməlidir, bununla mübarizə hüquq-mühafizə orqanları tərəfindən aparılır, ETSN bu sahədə ardıcıl olaraq təbliğat, monitorinq, təhlil işləri aparır, tövsiyələr verir və verəcək".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR