Əvvəlki illərin məzunları üçün qəbul imtahanının tarixi məlum olub

Əvvəlki illərin məzunları üçün qəbul imtahanının tarixi məlum olub
# 24 yanvar 2022 17:11 (UTC +04:00)

2 və 3 aprel tarixlərində əvvəlki illərin məzunları üçün I,II,III və IV qruplar üzrə qəbul imtahanının I mərhələsi, V qrup üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı keçiriləcək.

Bu barədə APA-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

2-3 apreldə keçiriləcək imtahanlar aşağıdakılardır:

2 və 3 aprel

· əvvəlki illərin məzunları üçün I,II,III və IV qruplar üzrə qəbul imtahanının I mərhələsi, V qrup üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

· müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən 11-ci sinif şagirdləri üçün əlavə xarici dil imtahanı;

· qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən (bölmədən) fərqli dil üzrə vermək istəyən 11-ci sinif şagirdləri üçün əlavə imtahan;

Məlumat veriləcək

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR