Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində intihar hadisəsi baş verib.
APA-nın qərb bürosunun məlumatına görə, şəhərin Zərrabı küçəsində yaşayan, 1983-cü il təvəllüdlü Kamal Yaqubov yaşadığı evin həyətində özünü asaraq intihar edib. İlkin məlumata görə, iki uşaq atası olan K. Yaqubovun intihar etməsinə səbəb onun banka xeyli miqdarda borunun olması olub.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma gedir.