Bakıdakı 2 nömrəli Baza Tibb Kollecində media üçün konfrans keçirilib

Bakıdakı 2 nömrəli Baza Tibb Kollecində media üçün konfrans keçirilib
# 01 noyabr 2016 09:05 (UTC +04:00)

2 nömrəli Baza Tibb Kollecində 7 ixtisas üzrə (mamalıq, feldşer , tibb bacısı, diş texniki, sanitar-feldşer, əczaçı və feldşer - laborant), orta tibb kadrların hazırlığı və onların təkmilləşmə prosesi həyata keçirilir. APA-nın xəbərinə görə, 2 nömrəli Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva media nümayəndələri üçün keçirilən konfransda bildirib ki, müəssisə hüquqi formasına görə dövlət orta ixtisas təhsil müəssisəsidir və təsisçisi Səhiyyə Nazirliyidir. Onun sözlərinə görə, 1975-ci ildən fəaliyyət göstərən kollec baza statusuna görə respublikada fəaliyyət göstərən digər 10 kollecə metodik kömək göstərir. Onun sözlərinə görə, kollec 2013-cü ildə Təhsil Nazirliyi tərəfindən akkreditasiya olunub.

Tədris, tərbiyə işləri üzrə direktor müavini Vəfa Əliyeva bildirib ki, kollecdə təhsil kredit sistemi ilə aparılır. Onun sözlərinə görə, kredit sistemində təhsil alan tələbənin diplomu beynəlxalq səviyyədə tanınır, digər ali təhsil müəssisələrində təhsillərini davam etdirməyə şərait yaradır: "Tələbələrin biliyinin qiymətləndirilməsində ilk növbədə şəffaf və obyektivlik təmin olunur. İmtahanlar iki formada-yazılı və test üsulu ilə keçirilir”.

Kollecin diplomdan sonrakı təhsil şöbəsinin müdiri Tahirə İmanıyeva qeyd edib ki, kollecdə orta tibb işçilərinin ixtisasartırma və təkmilləşdirilməsi aparılır. Burada 7 ixtisas üzrə kurs və 20-yə yaxın tematik kurslar təşkil edilir. Müdavimlər üçün bütün ixtisaslar üzrə yeni proqramlar təsdiq olunub. 2015-2016-cı tədris ilində 8 280 dinləyici ixtisasartırma və təkmilləşdirilmə kurslarında iştirak edib.

Direktor bildirib ki, 2 nömrəli Baza Tibb Kollecində təhsil üç ildir: “Kollecdə kredit sisteminə keçidlə əlaqədar tələbələrin göstəricilərindən asılı olaraq, təhsil müddəti uzana bilər. Tələbələrin çoxu təhsilini vaxtında bitirir. Bəzi fənlərdən krediti qalan bir neçə tələbənin 5-6 ilə məzun olması mümkündür. Kredit sisteminə əsasən, tələbə fənlər üzrə nəzərdə tutulan göstəricilərə cavab verdikdə diplom alır”.

Son 3 ildə kollecdə tələbələrin qəbulu üçün 7 ixtisas üzrə 510 yer ayrıldığını deyən direktor əlavə edib ki, hər il qəbul planı 100 faiz yerinə yetirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR