Fazil Mustafa hökuməti kitab satışına ƏDV-nin ləğvi təklifinə baxmağa çağırıb

Fazil Mustafa, Milli Məclisin deputatı

© APA | Fazil Mustafa, Milli Məclisin deputatı

# 12 oktyabr 2021 11:19 (UTC +04:00)

“Ölkədə kitaba marağın artırılması çox vacibdir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, bu yaxınlarda Bakıda iki kitab sərgisi keçirilib: “Kitabın qiymətinin baha olmasının əsas səbəblərindən biri ƏDV-nin çox olmasıdır. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bununla bağlı təkliflərini hazırlayıb, hökumətə təqdim edib. Ümumiyyətlə, bizdə bəzi kitabların qadağası mövcuddur, bu qadağa da götürülməlidir. Onsuz da bir çox kitabın elektron versiyası var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR