"Veysəloğlu": Sahibkarlar istehsal və satış prosesində çətinliklərlə üzləşirlər

"Veysəloğlu": Sahibkarlar istehsal və satış prosesində çətinliklərlə üzləşirlər
# 13 aprel 2017 11:33 (UTC +04:00)

Bu gün "Veysəloğlu" şirkətlər qrupu dünyanın 200 fabrikində istehsal olunan qida sektorunun məhsullarını Azərbaycana idxal edir və satışını təşkil edir. "APA-Economics" xəbər verir ki, bu barədə "Veysəloğlu"nun prezidentinin müşaviri İlqar Nuri bildirib.

 

Onun sözlərinə görə, şirkətlər qrupu həmçinin yerli istehsalçılardan alınan məhsulların satışını da həyata keçirməkdədir.

 

"Açığı, sahibkarlar istehsal və satış prosesində çətinliklərlə üzləşirlər. Bu səbəbdən yerli sahibkarların istehsal və satışın təşkilində dəstəyə ehtiyacı var. Biz sahibkarlara bu dəstəyi veririk", - deyə o bildirib.

 

Müşavir əlavə edib ki, şirkətin işçi heyəti 2500 nəfər təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR