FHN əməkdaşları Avstriyada təlimdə iştirak ediblər

FHN əməkdaşları Avstriyada təlimdə iştirak ediblər
# 18 yanvar 2024 16:43 (UTC +04:00)

Yanvarın 8-16-da Avstriya Respublikası Federal Daxili İşlər Nazirliyi ilə Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlıq çərçivəsində Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı Avstriya Respublikasının Tirol federal əyalətinin Qaltür şəhərində qar uçqunlarında axtarış və xilasetmə, həmçinin xizəksürmə üzrə təlimdə iştirak ediblər.

APA FHN-ə istinadən xəbər verir ki, təlimə Nazirliyin Aparatının, Xüsusi Riskli Xilasetmə Xidməti, Şimal, Şimal-qərb və Gəncə Regional mərkəzlərinin ümümlikdə 11 nəfər əməkdaşı cəlb edilib.

Təlim zamanı iştirakçılara qar uçqunları zamanı zərərçəkmişlərin xüsusi avadanlıqlar vasitəsilə müxtəlif üsullarla axtarışı, xilas edilməsi, təhlükəsiz yerə təxliyəsi və dağ hazırlığı üzrə məşğələlər keçirilib. Məşğələlərdə axtarış-xilasetmə əməliyyat zamanı təhlükəsizliyin təmin olunması, zərərçəkmişlərin qar uçqunları zamanı axtarışı üçün müvafiq cihaz və avadanlıqlardan istifadə qaydaları, eləcə də helikopter vasitəsilə təxliyə edilməsi üsulları öyrədilib.

Sonda avstriyalı mütəxəssislər tərəfindən təlim iştirakçılarından tədris olunmuş mövzular üzrə nəzəri və praktiki imtahanlar qəbul olunub və onlara sertifikatlar təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR