FHN-in İdman-sağlamlıq klubunda tədbir keçirilib

FHN-in İdman-sağlamlıq klubunda tədbir keçirilib
# 29 dekabr 2023 18:02 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə 2023-cü ilin yekunlarına həsr olunmuş tədbir keçirilib.

FHN-dən APA-ya verilən məlumata görə, tədbirdə komandaları idman tədbirlərində fəal iştirak etmiş və mükafat qazanmış FHN-in struktur bölmələrinin rəhbərləri və beynəlxalq miqyaslı tədbirlərdə, o cümlədən dünya, Avropa çempionatlarında yüksək nəticələr göstərmiş idmançı-əməkdaşları iştirak ediblər.

Əvvəlcə, Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev tədbirdə giriş sözü ilə çıxışında müasir Azərbaycan dövlətinin banisi və qurucusu Ümummilli Lider Heydər Əliyevin Vətən, xalq qarşısında misilsiz xidmətlərindən danışıb, Dahi Rəhbərin siyasi xəttini Azərbaycanın bütün uğurlarının əsası kimi qiymətləndirib. Qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən bu siyasi xəttin müdrik uzaqgörənliklə davam etdirilməsi nəticəsində Azərbaycan tarixinin ən güclü və qüdrətli dövrünü yaşayır.

Polkovnik Füzuli Musayev tədbirdə 2023-ci ildə Nazirliyin əməkdaşlarının idman sahəsində qazandıqları uğurlar barədə məlumat verib.

Sonra FHN-in İdman-sağlamlıq klubunun fəaliyyətini əks etdirən film nümayiş olunub.

Sonda FHN-in 2023-ci ildə keçirilmiş idman tədbirlərində komandaları yüksək nəticələr göstərmiş qurumları İdman-sağlamlıq klubunun təsis etdiyi müvafiq dərəcəli kuboklarla, beynəlxalq miqyaslı yarışlarda nəticələr göstərmiş idmançı-əməkdaşlar isə fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar. Həmçinin, əldə olunan yüksək nəticələrə görə bir sıra qurum rəhbərlərinə xatirə hədiyyəsi təqdim edilib.

Bundan əlavə, tədbirdə media nümayəndələri də FHN-in il ərzində keçirdiyi idman yarışlarının işıqlandırılmasında göstərdikləri peşəkarlığa görə təltif olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR