FHN-in regional mərkəzlərində Həmrəylik Günü və Yeni illə bağlı tədbirlər keçirilib

FHN-in regional mərkəzlərində Həmrəylik Günü və Yeni illə bağlı tədbirlər keçirilib
# 30 dekabr 2023 18:26 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərində Nazirliyin regionlarda fəaliyyət göstərən qurumları ilə birgə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbirlər keçirilib.

APA FHN-ə istinadən xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə bildirilib ki, dünya azərbaycanlılarının həmrəyliyi və xalqımızın milli-mənəvi dəyərlərimiz ətrafında birləşdirilməsi Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edib. Natiqlər qeyd ediblər ki, azərbaycançılıq ideyasının konseptual əsaslarla işlənib hazırlanması və reallaşdırılması, xalqımızın müqəddəs amallar ətrafında birləşdirilməsi Dahi Şəxsiyyətin misilsiz və tarixi xidmətlərindəndir. 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi ölkəmizin dünya dövlətləri sırasında söz sahibinə çevrilməsinə, dünya azərbaycanlıları arasında milli birliyin daha da güclənməsi və təşkilatlanmasına təkan verib.

Diqqətə çatdırılıb ki, Ümummilli Liderin ölkəmizin güclənməsi və çiçəklənməsi, xalqımızın rifahı istiqamətindəki yürütdüyü müdrik siyasət Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Müzəffər Ali Baş Komandanın bu tarixi missiyanı davam etdirməsinin nəticəsidir ki, Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı əzəli torpaqlarımız şanlı Ordumuz tərəfindən cəmi 44 gün ərzində azad olundu, 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR