FHN zərərçəkmişlərin xilas edilməsi mövzusunda gecə təlimi keçirib - FOTO

FHN zərərçəkmişlərin xilas edilməsi mövzusunda gecə təlimi keçirib - FOTO
# 29 mart 2024 11:33 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Alpinist ləvazimatlarından istifadə etməklə zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib.

APA FHN-ə istinadən xəbər verir ki, təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, hündürmərtəbəli binalardan zərərçəkmişlərin təxliyə edilməsi üzrə şəxsi heyətin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim zamanı xilasedicilər xüsusi vasitələrlə şərti zərərçəkmişləri hündürmərtəbəli binadan təxliyə edərək onlara “təxirəsalınmaz ilkin yardım göstəriblər”.

Uğurla keçirilən təlimdən sonra əldə edilmiş nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR