Bakı. Hafiz Heydərov – APA. Bakıda intihara cəhd olub.
APA-nın məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. Rayon sakini, 1985-ci il təvəllüdlü Kamal Əbdülbaği oğlu İsrafilov ziyanvericilər əleyhinə dərman içib. O, təcilli olaraq xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.