Güclü küləkli hava şəraiti gün ərzində davam edəcək - YENİLƏNİB

Güclü küləkli hava şəraiti gün ərzində davam edəcək - YENİLƏNİB
# 28 dekabr 2023 08:52 (UTC +04:00)

Dekabrın 28-i səhər saatlarına olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti dəyişib. Güclü şimal-qərb küləyi əsir.

APA xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, küləyin maksimal sürəti Bakı və Abşeron yarımadasında 29, Qobustanda 23, Balakən, Şəki, Naftalan, Altıağacda 20, əksər rayonlarda isə 19 m/saniyəyə çatır.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3 metrə çatıb:

“Dekabrın 28-i axşamadək güclü şimal-qərb küləyinin davam edəcəyi, küləyin maksimal sürətinin 18-23 m/s, arabir 25-30 m/s, yarımadanın bəzi yerlərində arabir 33-38 m/s-dək güclənəcəyi gözlənilir”.

***

08.00

Güclü küləkli hava şəraiti dekabrın 28-i gün ərzində davam edəcək.

APA xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, küləyin maksimal sürəti bəzi yerlərdə 28-33m/san olacaq. Axşam saatlarından isə tədricən zəifləyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR