Hakim vəzifəsinə təyin edilmiş hüquqşünasların əvvəlki iş stajı da hesablanacaq

deputat Kamal Cəfərov

© APA | deputat Kamal Cəfərov

# 16 sentyabr 2021 16:29 (UTC +04:00)

Hakim vəzifəsinə təyin edilmənin xüsusi qaydası dəyişir.

APA-nın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə cavab verən, hüquq sahəsində nüfuza, hüquqşünas ixtisası üzrə 20 illik iş təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik olan şəxslər hakim vəzifəsinə namizədlərin seçilməsi prosedurlarından kənar Məhkəmə-Hüquq Şurasının təklifinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada yüksək hakim vəzifələrinə təyin edilmiş hakimlərin hüquqşünas ixtisası üzrə əvvəlki iş stajı onların hakimlik stajına hesablanacaq.

Bundan əvvəl isə əvvəlki staj nəzərə alınmırdı.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov bu dəyişikliyin səbəbləri ilə bağlı APA-ya açıqlama verib.

Deputat bildirib ki, mövcud qayda ilə hakim vəzifəsinə təyin olunanların dövlət qulluğundakı xidmət illəri nəzərə alınmır: “Belə qaydada təyin olunmuş hakimlərin sayı çox məhduddur. Bu şəxslərin dövlət qulluğunda xidmət illərinin hakimlik vəzifəsinə təyinatdan sonra nəzərə alınmaması məhz bu cür təyinatın məntiqinə ziddir. Bəzi hakimləri parlament tərəfindən təyin olunur. Onlar hakim kimi təyin olunanda əvvəlki illərdə olan stajı sayılmır və onların stajı 0-dan hesablanmağa başlayır. Buna görə də qanuna dəyişiklik edilməsi zərurəti yaranır. Bundan əvvəl biz dövlət qulluğu və onun xüsusi növündə çalışan şəxslərin həm stajının həm də rütbələrinin qarşılıqlı tanınması ilə bağlı qanunvericiliyə müvafiq dəyişiklikləri qəbul etdik. Yəni bu sahədə müvafiq təcrübə də mövcuddur”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR