Hesablama Palatası uşağın anadan olması və dəfnə görə müavinətlərə dair tövsiyəsini açıqlayıb

Hesablama Palatası uşağın anadan olması və dəfnə görə müavinətlərə dair tövsiyəsini açıqlayıb
# 27 iyun 2019 17:55 (UTC +04:00)

Hesablama Palatası uşağın anadan olmasına və dəfn üçün müavinətlərə dair tövsiyəsini açıqlayıb.

APA-nın məlumatına görə, bu, Hesablama Palatasının “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə rəyində əksini tapıb.

Sənəddə qeyd edilib ki, uşağın anadan olmasına görə və dəfn üçün müavinətlər üzrə vəsaitlərin həcmində daha kəskin artım nəzərdə tutulub: “Son illərdə həmin müavinət növləri üzrə məbləğ və kontingent baxımından azalma, həmçinin vəsaitin kəsrlə icra olunması müşahidə edilməkdədir. Bununla yanaşı, hər iki müavinətin məbləği də mütəmadi olaraq artmaqdadır. Ümumilikdə Hesablama Palatası müvafiq rəyində müavinət növləri üzrə proqnoz məbləğlərinin daha əsaslı yanaşma ilə proqnozlaşdırılmasının zəruri olduğunu qeyd edib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR