Hindistan səfirliyi qanvermə aksiyası təşkil edib

Hindistan səfirliyi qanvermə aksiyası təşkil edib
# 28 yanvar 2022 21:56 (UTC +04:00)

Hindistanın 73-cü Respublika Günü münasibətilə qanvermə aksiyası təşkil olunub. Bu barədə APA-ya səfirlikdən məlumat verilib.

Hindistanın Bakıdakı səfirliyi Hind Hospitalı, Azərbaycan Hind Assosiasiyası, Bakı Malayali Assosiasiyası, Azərbaycan Telequ Assosiasiyası və Bakı Tamil Sanqam təşkilatı ilə birlikdə Hind Hospitalında “QANVERMƏ AKSİYASI” təşkil edib.

Hindistan səfiri Bavitlunq Vanlalvavna dövlət qan bankı üçün qan verməyə gələn hər kəsə minnətdarlığını bildirib. O, qanvermənin “dünya bir ailədir” mənasını verən “Vasudhaiva Kutumbakam” adlı hind fəlsəfəsindən ilhamlandığını bildirib.

Tədbirdə Milli Məclisin deputatı, Azərbaycan-Hindistan Parlamentlərarası Əlaqələr Üzrə İşçi Qrupunun sədri Naqif Həmzəyev də iştirak edib.

Qanvermə aksiyasına səfir, onun həyat yoldaşı, səfirliyin əməkdaşları, Hindistan icmasının üzvləri və Hindistanın dostları da daxil olmaqla könüllülər qatılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR