Narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən şəxs 3 il müddətinə həbs edilib

Narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən şəxs 3 il müddətinə həbs edilib
# 08 avqust 2016 13:34 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin dövriyyəsində təqsirləndirilən Hamil Abıyevin cinayəti üzrə məhkəmə prosesi başa çatıb.


APA-nın məlumatına görə, prosesdə hökm oxunub.

Hökmə əsasən, H. Abıyev 3 il müddətində azadlıqdan məhrum edilib.


Qeyd edək ki, H. Abıyev Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə təqsirləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR