İraqın paytaxtı Bağdadın bir neçə rayonunda törədilmiş silsilə partlayışlar nəticəsində 7 nəfər ölüb, 31 nəfər yaralanıb.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, partlayışlar paytaxtın Əl-Beyyə, Əl-Hüseyniyyə, Əl-İska və Besmaya bölgələrində baş verib.
Partlayışlara görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.