AQTA mütəxəssisləri İsmayıllıda zəhərlənmə ilə bağlı hadisə yerinə ezam olunublar

AQTA mütəxəssisləri İsmayıllıda zəhərlənmə ilə bağlı hadisə yerinə ezam olunublar
# 28 avqust 2019 11:35 (UTC +04:00)

İsmayıllıda həyətyanı sahədə keçirilən kiçik toy məclisində qidadan zəhərlənmə ehtimalı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssislərindən ibarət işçi qrupu hadisə yerinə ezam olunub.

AQTA-dan APA-ya verillən məlumata görə, hadisənin hansı səbəbdən baş verməsinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb.
Aparılan araşdırmaların nəticələri ilə bağlı geniş məlumat veriləcək.

Qeyd edək ki, İsmayıllı rayonunun Qəzli kəndində toy mərasimində kütləvi zəhərlənmə olub.

APA-nın yerli bürosundan verilən məlumata görə, hadisə ötən gecə Qəzli kənd sakini Hüseynov Müşviq Sabəli oğlunun həyətində övladı üçün keçirdiyi kiçik toy məclisində baş verib. Toyda qonaqlardan 25 nəfərin halı pisləşib, onlarda tez-tez qusma-işləmə əlamətləri olub. Toy sahibi dərhal İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Toyda zəhərlənən şəxsləri təcili xəstəxanaya gətiriblər. Onlardan 5-i uşaq, 20 nəfəri orta yaşlı insanlardı. Zəhərlənən şəxslərdən 4 nəfərin vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə, qalanları isə terapiya və uşaq şöbəsinə yerləşdiriliblər. Qonaqların meyvə şirəsindən zəhərləndiyi ehtimal olunur.

Səhiyyə Nazirliyi də İsmayıllıda baş verən zəhərlənmə ilə bağlı məlumat yayıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, xəstəxanaya ümumilikdə 33 nəfər müraciət edib. Səhər saat 9:30 üçün xəstəxanada ikisi uşaq olmaqla 4 nəfər qalıb. Onların yaxın zamanda evə buraxılacaqları gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR