Yaqub Mahmudov: “Səfəvilər Azərbaycan dövlətidir”

Yaqub Mahmudov: “Səfəvilər Azərbaycan dövlətidir”
# 12 oktyabr 2016 10:25 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Dünyanın bir çox ölkələrində, “Vikipediya”da, başqa-başqa ensiklopediyalarda Azərbaycan Səfəvilər dövləti İran dövləti kimi təqdim olunur”.

APA-nın xəbərinə görə, bunu AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Yaqub Mahmudov mərhum səfəvişünas alim Oqtay Əfəndiyevin anadan olmasının 90 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib. O bildirib ki, azərbaycanlı tarixçilər qonşu İranla mehriban dostluq münasibətlərinə sadiqdir: “Lakin elmdə mübahisələr davam etdirilməlidir. Bəzən elə hallar olur ki, tarixçilərimiz susmağa məcbur olur. 80-ci illərdə Tokioda keçirilən konfransda iranlı tarixçi Firuz Mənsuri Səfəvilərin Azərbaycana aidiyyəti olmadığını, Xətai adlı şairin olmadığını demişdi. Bizim orada iştirak edən tarixçilərimiz ona cavab verməmişdi. Sonradan biz Firuz Mənsuriyə cavab verdik. Bu cür fikirlər indi də var. Səfəvilər Azərbaycan dövlətidir. Biz imperiya yaradan xalqlardanıq. Bu Ağqoyunlulara da, Qaraqoyunlulara da, Eldənizlərə də aiddir”.

Y. Mahmudov onu da qeyd edib ki, bu gün Azərbaycanda Səfəvilər dövlətinə, Şah İsmayıla qarayaxan qüvvələr var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR