İçərişəhərdə binalar, abidələr və divarlar üzərində cızıqlar, yazılar təmizlənir - FOTO

İçərişəhərdə binalar üzərində cızıqlar, yazılar təmizlənir

© APA | İçərişəhərdə binalar üzərində cızıqlar, yazılar təmizlənir

# 25 sentyabr 2021 12:39 (UTC +04:00)

İçərişəhərin binaları, abidələri və divarlar üzərində cızıqları, yazıları təmizləmək, tikililərin tarixiliyini və zahiri görünüşünü qoruyub saxlamaq üçün "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə iməcilik keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə bildirilib ki, tarixi-mədəni abidələrin qorunması, olduğu kimi gələcək nəsillərə çatdırılmasında vətəndaşlar da dövlət qurumları ilə həmrəylik göstərəndə hədəfə daha tez çatmaq olur.

İməcilik keçirməkdə məqsəd həm də Qoruğun ərazisində olan çoxsaylı binalar, abidələr, tarixi yerlərə və onların qorunmasının vacibliyinə diqqəti artırmaqdır.

İməcilik zamanı İçərişəhərin bir çox küçəsində binalar, divarlar üzərində yazıların, cızıqların və digər xoşagəlməz əməllərin nəticələrinin aradan qaldırılmasına başlanılıb.

Qeyd olunub ki, bu kimi sosial layihələr davamlı olacaq.

İməciliyə İdarənin rəhbərliyi və əməkdaşları ilə yanaşı, yerli sakinlər və bir sıra fəallar da qoşulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR