“Bakıda keçirilən forumların uğuru Azərbaycanın sülhün təşviqində irəlidə gedən ölkə olmasının göstəricisidir”.
APA-nın məlumatına görə, bunu İSESCO baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri deyib.
"Bakı dövlət başçıları, dialoq, sülh, təhlükəsizlik və inkişafa biganə qalmayan digər insanları cəlb edib. Həmin insanlar bir araya gəlir, danışaraq, müzakirə edərək bəşəriyyət üçün vacib olan bu məsələləri həll etməyə çalışır", - deyə o vurğulayıb.