İmişli rayon təhsil sektoruna yeni müdir təyin olunub

İmişli rayon təhsil sektoruna yeni müdir təyin olunub
# 21 avqust 2023 15:51 (UTC +04:00)

İmişli rayon təhsil sektorunun müdiri vəzifəsinə təyinat olub.

APA xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə bu vəzifəyə Kərim Xeyrulla oğlu Kərimov təyin edilib.

Qeyd edək ki, Kərim Kərimov öncə İmişli rayonu Aranlı kənd N. Əsədov adına 2 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR