İstanbulda azərbaycanlı iş adamına silahlı hücum olub, iş adamı yaralanıb, sürücüsü ölüb

İstanbulda azərbaycanlı iş adamına silahlı hücum olub, iş adamı yaralanıb, sürücüsü ölüb
# 18 avqust 2016 09:08 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. İstanbulda azərbaycanlı iş adamına silahlı hücum olub.

 

APA-nın İHA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gecə Beşiktaş Cihannuma məhəlləsində baş verib.

 

Məlumatda bildirilir ki, Rövşən Əliyev adlı iş adamı hotellərdən birində toplantı keçirdikdən sonra 90 ND 011 Azərbaycan dövlət qeydiyyat nişanlı, sürücü tərəfindən idarə olunan avtomobillə hoteldən çıxıb.

 

Hoteldən 10 metr uzaqlıqda kimliyi hələlik məlum olmayan iki nəfər avtomobilə avtomat və tapançadan atəş açıb.

 

Sürücü də cavab atəşi açıb, nəticədə atışma baş verib. Hadisə nəticəsində Rövşən Əliyev və sürücüsü ağır yaralanıb. Atəş açan şəxslər hadisə yerində qaçıblar. İş adamı və sürücü xəstəxanaya çatdırılıb, lakin sürücünü xilas etmək mümkün olmayıb.

 

Hadisə ilə bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR