İran nəşri Arazdakı ekoloji fəlakətdən yazıb: Ermənistanla yanaşı, İran da çayın ən böyük çirkləndiricisidir

İran nəşri Arazdakı ekoloji fəlakətdən yazıb: Ermənistanla yanaşı, İran da çayın ən böyük çirkləndiricisidir
# 19 iyun 2023 12:59 (UTC +04:00)

İranın “Pəyame ma” qəzetində Araz çayının radioaktiv maddələrlə çirkləndirilməsinə dair məqalə dərc edilib.

APA xəbər verir ki, məqalədə Araz çayının radioaktiv maddələr və ağır metallarla çirklənməsindən bəhs olunur.


Qeyd olunub ki, çayda çirklənmə var və bunu artıq inkar etmək olmaz: “Araz çayı radioaktiv maddələr və ağır metallarla çirklənib, bu da sakinlər arasında onkoloji xəstəliklərin artmasına səbəb olub”.

Nəşrin yazdığına görə, çirklənmənin mənbəyi Ermənistanın “Metsamor” Atom Elektrik Stansiyasıdır.

Qəzetin araşdırmasına görə, Ermənistandakı mis mədənləri də çirklənməyə səbəb olur. Eyni zamanda, məqalədə qeyd olunub ki, İranın Atom Enerjisi Təşkilatının və Energetika Nazirliyinin çaydakı radioaktivlik çirklənməni araşdırmaması narahatlıq doğurur.

Bildirilib ki, Araz çayının çirklənməsi ilə bağlı dövlət qurumları tərəfindən çoxsaylı hesabatlara baxmayaraq, İran rəsmiləri çayda uranın olduğunu inkar edib.

Qeyd olunub ki, Araz çayının sərhədyanı ərazilərində yaşayan əhalidə suyun çirklənməsi nəticəsində qida borusu, mədə, qara ciyər və dəri xərçəngi xəstəlikləri əhəmiyyətli dərəcədə artıb. Araz sahillərində yaşayan sakinlər arasında xəstəliklərin, xüsusən də mədə xərçənginin artması ilə bağlı hesabatlar da var.

O da vurğulanıb ki, Ermənistanla yanaşı, İran da Araz çayının ən böyük çirkləndiricisidir. Belə ki, İranda Süngün mis mədəni çirklənməni artırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR