İranda koronavirusdan ölənlərin sayı 116 mini ötüb

İranda koronavirusdan ölənlərin sayı 116 mini ötüb
# 16 sentyabr 2021 14:06 (UTC +04:00)

İranda ötən sutka ərzində 453 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi bildirib. Bununla da İranda bu virusdan ölənlərin sayı 116072 nəfərə çatıb.

İranda ötən sutka ərzində 18021 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 5378408 nəfərə çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR