Komissiya: Şuşa həbsxanasında işgəncələrdən ölən azərbaycanlı əsirlər quyuda basdırılıb

Zaur İsmayılov

© APA | Zaur İsmayılov

# 15 avqust 2023 15:59 (UTC +04:00)

Beynəlxalq təşkilatın ekspertlərinin iştirakı ilə Şuşa şəhərində yerləşən keçmiş həbsxana ərazisində qazıntı həyata keçirilib. Öncə iyun ayının 2-də burada aşkarlanan 4 nəfərlik məzarlığın yaxınlığında təhqiqat işləri aparılıb və müəyyən olunub ki, bu ərazidə daha çox insan qalıqları dəfn olunub.

APA xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşı Zaur İsmayılov deyib.

Onun sözlərinə görə, aparılan qazıntı işləri nəticəsində iyunun 12-dən 24-dək 13 nəfərə aid qalıqlar aşkar edilib: "Növbəti mərhələdə aparılan təhqiqat-qazıntı işləri nəticəsində avqustun 1-dən 15-dək gördüyünüz bu kütləvi məzarlıq aşkarlanıb. Bu kütləvi məzarlıqda 17 nəfərə aid qalıqlar var. Bu kütləvi məzarlığın yeri, həbsxananın ərazisində çirkab sularının yığılması üçün bir quyu olub. Burada işgəncələrə məruz qalmış, işgəncələrə dözə bilməyən azərbaycanlı əsir və girovlar öldürülərək həmin suların yığılması üçün olan quyuya atılaraq nalayiq və xaotik şəkildə basdırılıb. Skeletlərin vizual müayinəsindən görmək olur ki, onlar müxtəlif formalarda üzü aşağı, başı aşağı, bükülmüş formada, qıc olmuş formada dəfn olunublar. Hətta 6 skeletin qarın boşluqlarında nal mismarları aşkar edilib. Bir nəfərin üzərində isə avtomat gilizi aşkarlanıb. Çoxunda kəsici-deşici alətlərlə zərbə yerləri mövcuddur. İşgəncə yerləri açıq-aşkar görünür. Onu da qeyd etmək istəyirəm ki, Şuşa həbsxanasının ərazisində yay ərzində ümumilikdə 34 nəfərin qalıqları aşkar edilib. Burada aşkar olunan insan qalıqlarının üzərində görünən işgəncə izlərinə baxarkən bir daha Ermənistanın beynəlxalq hüquq normalarına, beynəlxalq konvensiya tələblərinə zidd hərəkət etmələri və onlara riayət etməmələrinin öz əksini tapdığını görmək olur".

Habil Aslanoğlu

Əbülfət Baxşəli

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR