Kommersiya mübahisələri mediasiyanın tətbiqi dairəsindən çıxarılır

Kommersiya mübahisələri mediasiyanın tətbiqi dairəsindən çıxarılır
# 19 dekabr 2023 13:52 (UTC +04:00)

Mediasiyanın tətbiqi dairəsi dəyişir.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Mediasiya haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Kommersiya mübahisələri mediasiyanın tətbiqi dairəsindən çıxarılır.

Qeyd edilib ki, dəyişikliklər kommersiya mübahisələrinin Milli Məclisə təqdim edilmiş “Arbitraj haqqında” qanun layihəsində əks olunan mübahisələrin alternativ həll vasitələrindən hesab olunan arbitraj institutu vasitəsilə həll mexanizminin inkişaf etdirilməsi və genişləndirilməsindən irəli gəlir. Layihədə məhkəmədən əvvəl kommersiya mübahisələri üzrə ilkin mediasiya sessiyasında iştirak tələbinin aradan qaldırılması təklif olunur.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR