Külək Gəncədə doqquzmərtəbəli yaşayış binasının dam örtüyünü aşırıb - VİDEO - YENİLƏNİB-1

Külək Gəncədə doqquzmərtəbəli yaşayış binasının dam örtüyünü aşırıb - VİDEO  - YENİLƏNİB-1
# 23 dekabr 2023 21:05 (UTC +04:00)

Güclü külək Gəncədə doqquzmərtəbəli yaşayış binasının dam örtüyünü aşırıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

Nəticədə bir neçə avtomobilə ziyan dəyib.

Bundan başqa şəhərin digər ərazilərində bir neçə ağac avtomobilərin üzərinə aşıb.

İlkin məlumata görə, xəsarət alan olmayıb.

***

Saat 19:17

Güclü külək Gəncədə fəsadlar törədib.

APA-nın yerli bürosu xəbər verir ki, Gəncənin bəzi hissələrində elektrik enerjisinin verilməsi dayandırılıb, bir neçə yerdə ağaclar aşıb. Həmçinin, külək Gəncənin mərkəzi meydanında Yeni il bayramı ilə əlaqədar quraşdırılan şam ağacını aşırıb. Xəsarət alan olmayıb.

Qısapanma səbəbindən şəhərdə transformatorlardan birində yanğın olub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları cəlb olunub.

Hazırda küləkli hava şəraiti davam edir.

***

18.41

Güclü külək Gəncədə bir sıra fəsadlar törədib.

APA-nın yerli bürosunun məlumatına görə, axşam saatlarında başlayan külək şəhərin bir neçə küçəsində iri gövdəli ağacları aşırıb. Adiyyatı qrumların əməkdaşları ərazilərə cəlb olunub. Bundan başqa, şəhərin bəzi yerlərində elektrik enerjisinin verilişi dayandırılıb.

Hazırda qərb bölgəsində güclü külək davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR