Leysan yağışlar Ağstafada fəsadlar törədib - FOTO

Leysan yağışlar Ağstafada fəsadlar törədib - FOTO
# 13 iyun 2019 12:17 (UTC +04:00)

Leysan yağışlar Ağstafada fəsadlar törədib.

APA-nın qərb bürosunun məlumatına görə, leysan yağışlar nəticəsində rayonun Dağkəsəmən kəndinə sel gəlib. Su ötürücü borular tutulduğundan həyətyanı sahələri su basıb. Yağışın törətdiyi fəsadları aradan qaldırmaq üçün əraziyə texnika və canlı qüvvə cəlb edilib.

Hazırda leysan yağışların törətdiyi fəsadların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR