M8 ekspres xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilib

M8 ekspres xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilib
# 18 yanvar 2022 18:27 (UTC +04:00)

M8 Maştağa - Gənclik metrostansiyası ekspres xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, dəyişikliyə əsasən, M8 xətti üzrə avtobusların Ziya Bünyadov prospekti Böyük Şor qovşağı yaxınlığındakı dayanacaq məntəqəsi artıq ləğv edilib.

Yəni Maştağa qəsəbəsi - Gənclik metrostansiyası istiqamətində avtobusların hərəkəti 19.01.2022 tarixindən “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən keçməklə təşkil ediləcək.

Metronun “Gənclik” stansiyası istiqamətində M8 xətti ilə hərəkət edəcək sərnişinlərdən ikinci perrondan istifadə etmələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR