Mediasiya xərclərinin dövlət büdcəsi hesabına ödənilməsi qaydası dəyişib

Mediasiya xərclərinin dövlət büdcəsi hesabına ödənilməsi qaydası dəyişib
# 20 avqust 2022 10:58 (UTC +04:00)

Nazirlər Kabineti “Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası”nda dəyişiklik edib.

APA-nın xəbərinə görə, bu Qayda ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilən haqqın və digər xərclərin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi qaydasını müəyyən edir.

Başqa qözlə, ilkin mediasiya sessiyası zamanı mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxsin mediasiya xərcləri (əsasən mediasiya xərclərinin tərəflər arasında bərabər bölüşdürüldüyü nəzərə alınmaqla) dövlət büdcəsində bu məqsədlər üçün Mediasiya Şurasına nəzərdə tutulmuş vəsaitlər hesabına ödənilir.

İndiyə qədər bu Qayda tərəflərdən hər hansı biri ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiyi halda tətbiq edilməyib. Dəyişikliyə əsasən, bu şərt ləğv olunur.

Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.7-ci maddəsinə əsasən mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan hər hansı tərəfin mediasiya xərclərinin ödənilməsi dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir.

Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 avqust tarixli 360 nömrəli Qərarı ilə “Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası” təsdiq edilib və Nazirlər Kabinetinin 2022-ci il 26 fevral tarixli Qərarı ilə adıçəkilən Qaydalara dəyişiklik edilərək mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxslər kimi ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin müvafiq yerli qurumlarında və “DOST” mərkəzlərində işsiz kimi qeydiyyatda olan şəxslər müəyyən edilib.

Qaydanın 1.3-cü bəndində həmin Qaydanın tərəflərdən hər hansı biri ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiyi halda tətbiq edilmədiyi qeyd edilir. Belə olan halda Qaydalarda müəyyən edilən subyektlər dairəsi mediasiya üçün müraciət edərkən qarşı tərəfin iştirak etməməsinə görə mediasiya xərcinin öz hesabına ödənilməsi məcburiyyətində qalır və Qanunun qeyd edilən imtiyazından istifadə edə bilmir. Mövcud uyğunsuzluğu aradan qaldırmaq məqsədilə Qaydanın 1.3-cü bəndi ləğv edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR