Mərkəzi Gömrük Hospitalına rəis müavini təyin olunub

Mərkəzi Gömrük Hospitalına rəis müavini təyin olunub
# 22 iyun 2023 15:39 (UTC +04:00)

Nabil Seyidov 20 iyun 2023-cü il tarixindən etibarən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini təyin olunub.

Bu barədə APA-ya Hospitaldan xəbər verilib.

Qeyd edilib ki, Nabil Seyidov tibb sektorunda 21 il, o cümlədən ictimai səhiyyə sektorunda 9 ildən artıq iş təcrübəsinə malikdir. O, 2009-2010-cu illərdə ABŞ-ın Merilend ştatının Baltimor şəhərində daxili xəstəliklər üzrə internatura, 2011-2012-ci illərdə isə Vaşinqton ştatının Sietl şəhərində ümumi cərrahiyyə, travmada təcili və təxirəsalınmaz yardım, yanıqlar və kardio-vaskulyar cərrahiyyə üzrə 1 il internatura və beynəlxalq mütəxəssislər üçün xüsusi sertifikatlaşdırılmış ixtisasartırma kursu keçib.

ABŞ-dan qayıtdıqdan sonra Nabil Seyidov Azərbaycanda müxtəlif özəl tibb müəssisələrində kardioloq və həkim terapevt kimi fəaliyyət göstərmişdir. 2014-cü ildən isə Nabil Seyidov Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində həkim-metodist, şöbə müdirinin müavini və 2018-ci ildən şöbə müdiri vəzifələrində çalışıb. O, 2018-2019-cu illər ərzində isə Səhiyyə nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdiri işləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR