Meşə fondu torpaqlarında 22 mindən artıq ağac əkilib

Meşə fondu torpaqlarında 22 mindən artıq ağac əkilib
# 27 oktyabr 2022 18:00 (UTC +04:00)

Payız ağac əkini mövsümü başlayandan bugünədək meşə fondu torpaqlarının açıq və seyrək ərazilərinin ümumilikdə 74 hektar sahəsində 42246 ədəd ağac tingi əkilib, 4358 kiloqram toxum səpilib.

APA xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib.

O qeyd edib ki, təkcə dünən və bu gün Qəbələ, Quba, Bərdə, Şabran, Lənkəran, Tovuz, Şəmkir, Göygöl, Ağcabədi və Sabirabad rayonlarının meşə ərazilərinin 29 hektar sahəsində 22 246 ədəd ağac tingi əkilib, 1 358 kiloqram toxum səpilib:

“Əkilən ağac tingləri meşə təsərrüfatlarının tinglik sahələrində yetişdirilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR