Münhendə “Normand dördlüyü”nun görüşü keçiriləcək

Münhendə “Normand dördlüyü”nun görüşü keçiriləcək
# 12 fevral 2016 18:06 (UTC +04:00)

Bakı-APA. Münhendə Ukrayna üzrə “Normand dördlüyü”nun görüşü keçiriləcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Almaniya xarici işlər nazirliyinin nümayəndəsi bildirib.

“Normand dördlüyü”nün xarici işlər nazirləri səviyyəsində görüşü fevralın 13-ü, səhər saatlarında baş tutacaq”, deyə nümayəndə bildirib.

Qeyd edək ki, “Normand dördlüyü” tərkibində Almaniya, Fransa, Ukrayna və Rusiyanı birləşdirir. O, Donbasdakı münaqişənin həlli üçün yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR