İşə qəbul üzrə müsabiqədə bəzi müəllimlərə güzəşt ediləcək

İşə qəbul üzrə müsabiqədə bəzi müəllimlərə güzəşt ediləcək
# 24 iyun 2019 16:17 (UTC +04:00)

"Ötən il müəllimlərin işə qəbulu qaydalarına dəyişiklik edilib. Buna uyğun olaraq müəllimlərin test imtahanlarında göstərdiyi nəticələr 2 il müddətində qüvvədə olacaq".

APA xəbər verir ki, bunu müəllimlərin işə qəbulu ilə bağlı keçirilən brifinqdə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.

Onun sözlərinə görə, namizəd işə qəbul imtahanlarında təkrar iştirak edəcəyi təqdirdə onun son, yəni cari ilin nəticəsi nəzərə alınacaq: "2018-ci ildə müsabiqəyə qatılan şəxs bu il yenidən müsabiqəyə qatılsa, onun bu il topladığı nəticə nəzərə alınacaq, əvvəlki nəticəsi isə ləğv olunacaq".

E.Bağırov bildirib ki, 2014-cü ildən başlayan müəllimlərin diaqnostik qiymətləndirməsi 2018-ci ildə bütün ölkəni əhatə edib: "Demək olar ki, bütün müəllimlərin nəticələri artıq Təhsil Nazirliyində toplanıb. Buna görə də stajı 10 ildən çox olan və 3 ildən az bir müddətdə işdən ayrılmış şəxslər üçün güzəşt olacaq. Onlar artıq test imtahanına təkrar girməyərək yalnız əvvəl topladıqları nəticəyə görə vakansiya seçimində iştirak edəcəklər. Bu da stajı çox olan təcrübəli müəllimlər üçün əlavə imkan kimi qiymətləndirilməlidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR